az
en
Bu gün: 29 May 2017
Vitrin 166
1918-ci il mart soyqırımından sonra Bakıda hakimiyyəti ələ keçirmiş Xalq Komissarları Sovetinin siyasəti şəhərlərdə iqtisadi vəziyyətin pisləşməsinə, ərzaq böhranına səbəb oldu. 166№-li horizontal vitrində Bakı üçün ərzaq alınması məqsədilə Lənkərana göndərilən qrupun səlahiyyətləri haqqında sənəd və Bakıdakı aclıqla bağlı Rusiyadan “daha çox” neft müqabilində 10 min pud çörək göndərilməsi haqqında Xalq Komissarları Sovetinin Sədri V.Ulyanovun (Leninin) imzası ilə göndərilmiş sərəncamın surəti nümayiş olunur. Vitrinin üstündən, divarda, 1917-ci ilin mart ayında Bakıda çarın devrilməsi xəbəri ilə bağlı nümayişi əks etdirən iki makrofoto asılmışdır.

 
   
Elanlar