az
en
Bu gün: 23 Noyabr 2017
Vitrin 165
1917-ci il oktyabrın 25-də Petroqradda bolşeviklərin silahlı üsyanı nəticəsində Müvəqqəti hökumət devrilmiş, Vladimir İliç Leninin başçılığı ilə sovet hakimiyyətinin əsası qoyulmuş. Yerli Sovetdə əsas vəzifələri bolşeviklər ələ keçirə bilmişdilər.  165№-li vitrində sosialist-inqilabçıların (eserlərin) Bakıda çap etdirdikləri «Znamə truda (Əmək bayrağı)» qəzeti, «Hümmət» partiyasına üzvlük haqlarının ödənilməsi haqqında qəbz nümayiş edilir. Vitrində təqdim olunan 1918-ci ildə rus dilində çapdan çıxmış satirik «Skazki (Nağıllar)» kitabı, Rusiya sosial-demokrat fəhlə partiyasının Petroqrad komitəsinin nəşri olan «Raboçaə qazeta (Fəhlə qəzeti)», «İzvestiə Moskovskoqo voenno-revolöüionnoqo komiteta (Moskva hərbi-inqilabi komitəsinin xəbərləri)», «XX vek (XX əsr)», «Bəsirət»(Azərbaycan dilində) qəzetləri də həmin dövrün siyasi mübarizəsini əks etdirir. Burada Zaqafqaziya Komissarlığının pulları da nümayiş olunur.

 
   
Elanlar