az
en
Bu gün: 28 Mart 2017
Vitrin 163

1917-ci ilin fevral ayında Rusiyada çar rejiminin devrilməsi ilə imperiya ərazisində baş verən hadisələr kəskin surətdə dəyişdi. Hakimiyyətə gəlmiş Müvəqqəti hökumətin göstərişi ilə Xüsusi Zaqafqaziya Komitəsi (Ozakom) yaradıldı. Zala girişin sol divarında Rusiya Dövlət Dumasının iclasını əks etdirən şəkil asılmışdır. Onun yanındakı 1917-ci il iyun ayında Müvəqqəti hökümətin göstərişi ilə dinc nümayişin gülləbəran edilməsi fotosu yeni hökümətin apardığı siyasətin əvvəlkindən çox da fərqlənmədiyini təsdiq edir.

Zaldakı 163№-li vitrin 1917-ci il mart-aprel hadisələrinə həsr olunmuşdur. Vitrində imperatorun taxtdan istefası xəbərini verən «Bakineü» qəzetinin 5 mart 1917-ci il nüsxəsi, Rusiya imperiyasının son pulları, 1917-ci il Bakı upravasının pulları, 1917-ci il fevral hadisələri ilə bağlı medallar, müxtəlif sənədlərlə yanaşı Petroqradda, Vasilyev adasının Qırmızı qvardiyası döyüşçüsünün qol sarğısı, Bakıda 1917-ci ildə çapdan çıxan S.Apollonovun «Cvobodnıe pesni, Svobodnıe nastroeniə» («Azad nəğmələr, azad ovqat») mahnı toplusu nümayiş olunur.

 
   
Elanlar