az
en
Bu gün: 20 Sentyabr 2017
Vitrin 160
1886-cı ildə imzalanmış fərmana əsasən, müsəlmanların Rusiya ordusuna çağırışına son qoyuldu. Bunun əvəzinə imperiyanın müsəlman əhalisi xüsusi vergi ödəməli idi. Bununla belə, ali silkin nümayəndələri hərbi-təhsil ocaqlarında oxuyaraq zabit ola bilir, müxtəlif cəbhələrdə gedən döyüşlərdə iştirak edirdilər. 160№-li  vitrində  azərbaycanlı zabitlərə məxsus silahlar və əşyalar nümayiş etdirilir. I Dünya müharibəsi illərində rus ordusunda fərqlənmiş 200-dən çox azərbaycanlı zabitindən 10 nəfəri Rusiyanın ali hərbi mükafatını - Müqəddəs Georgi ordenini almış, Səməd bəy Mehmandarov «Brilliant silah», 15 azərbaycanlı isə Müqəddəs Georqi ordeninə bərabər tutulan «Qızıl silah»la təltif edilmişdi.
   
Elanlar