az
en
Bu gün: 18 Avqust 2017
Vitrin 157

XX əsrin əvvəllərində Şimalı Azərbaycanda ilk milli partiyalar yaranmağa başlandı. Açıq siyasi mübarizə qadağan olunduğuna görə, onlar gizli fəaliyyət göstərirdilər. İstər müstəmləkə siyasəti, istərsə də erməni təcavüzünə qarşı mübarizədə «Difai» və «Müdafiə» partiyalarının rolu böyük idi. 1911-ci ilin oktyabrında «Müsavat» partiyası yaradıldı. Zala girişin sol divarındakı panel iki hissəyə bölünmüş, birinci hissə Şimali Azərbaycanda milli-demokratik mübarizənin başlanmasına, ikinci hissə Cənubi Azərbaycanda baş verən 1905-1911-ci illər inqilabi hərəkata həsr olunmuşdur. Paneldə həmin illərdə olan hadisələr haqqında məlumat verilmiş, fotoşəkillər asılmışdır.

Zalın ortasındakı podiumun (№157) üstündə isə Bakıda fəaliyyət göstərən gizli «Nina» mətbəəsinin maketi verilmişdir. Bu mətbəədə gizli inqilabi ədəbiyyat, o cümlədən bolşeviklərin “İskra” qəzeti nəşr edilirdi.

Azərbaycanda inqilabi hərəkat mövzusu rəssam A.Kərimovun zala girişin sağında asılmış “1904-cü ildə Bakı fəhlələrinin tətili” adlı tablosunda öz əksini tapır.

   
Elanlar