az
en
Bu gün: 14 Dekabr 2017
Vitrin 151

Azərbaycana gələn səyyahlar ölkənin yollarında dərvişlərlə rastlaşardılar. Yerli əhali dünyanın nemətlərindən imtina edərək, insanları xeyrə çağıran dərvişləri hörmətlə qəbul edirdi.  Vitrinin arxa divarında XX əsrin əvvəllərinə aid dərviş  fotosu asılmış, içində isə dərvişlərə məxsus təbərzin, kəşküllər, dərviş papağı nümayiş olunur.

Zala girişin sol tərəfində İran Qacarlar dövləti şahzadəsi Azərbaycan valisi Abbas Mirzənin (1789-1833) kəbin kağızı nümayiş edilir. Rusiya-İran müharibəsində İran ordusunun sərkərdəsi olmuş Abbas Mirzənin dörd arvadından yalnız biri - təbrizli qızı ilə rəsmi kəbini olmuşdur.

 
   
Elanlar