az
en
Bu gün: 28 Mart 2017
Vitrin 148-149
Azərbaycan klassik musiqisinin unikal abidəsi olan, ənənəvi olaraq şifahi şəkildə nəsildən-nəsilə ötürülən muğam yalnız XX əsrin əvvəlində, əsasən, xarici konsert firmaları tərəfindən qramafon vallarına yazılmağa başladı. Azərbaycan muğam sənətinin korifeyləri olan Cabbar Qaryağdı oğlunun, Keçəçi oğlu Məhəmmədin, Məşədi Məhəmməd Fərzəliyevin, Davud Səfiyarovun, İslam Abdullayevin, Qurban Primovun və başqalarının misilsiz ifaları bu gün bizə həmin qramafon valları vasitəsi ilə çatmışdır. Podiumda nümayiş edilən qramafon 1912-ci ildə məşhur tarzən Qurban Primova Varşavada hədiyyə verilmişdi. Divarda asılmış fotoşəkil Azərbaycan musiqiçilərinin Varşava görüşlərini əks etdirir. Bu zalda Azərbaycan muğam ustalarının şəkilləri asılmış stend qoyulmuşdur.  

 
   
Elanlar