az
en
Bu gün: 29 May 2017
Vitrin 146
XIX əsrin sonu - XX əsrin əvvəli xalq musiqi sənətinin inkişafında da yeni bir mərhələ oldu. Göycə, Qazax, Gəncə, Tovuz, Şəmkir, Kəlbəcər bölgələrində aşıq sənəti geniş yayılmışdı. Göyçədə Azərbaycan aşıqlarının bütöv bir nəsli - Abbasqulu, Nəcəfqulu, Molla Cuma, Ələsgər, Qurban, Hüseyn Bozalqanlı və b. yetişmişdi. 146№-li vitrində Aşıq Hüseyn Bozalqanlıya məxsus saz  qoyulmuşdur.  Azərbaycan xalq musiqisinin ən mürəkkəb forması muğam sənəti idi. Xanəndələri kiçik instrumental ansambl müşayiət edirdi. Həmin vitrində nümayiş olunan sədəfli tar (tarzən Mirzə Fərəcə məxsusdur), kamança (üstündə kiril hərfləri ilə A.A. və 1881 rəqəmləri həkk olunub), dəf və qoşanağara belə ansambllara daxil olunurdu. Vitrinin divarına XX əsrin əvvəllərinə aid “Musiqiçilər qrupu” poçt açıqcası vurulmuşdur.
 

 
   
Elanlar