az
en
Bu gün: 28 Mart 2017
Vitrin 145

XIX əsrin ikinci yarısında Azərbaycanda rus və Avropa elmi və fəlsəfəsi ilə təmasda olan maarifçi demokratların bütöv nəsli yetişmişdi. Onların ən görkəmlisi  Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundov idi. Onun fəlsəfi əsərlərinin əsas məzmununu Şərq despotizminin tənqidi, fəlsəfi materializm, parlament idarə formasının müdafiəsi və əsaslandırılması təşkil edirdi. Vitrində (№145) Axundovlar ailəsinə məxsus əşyalar - qəlyan və tütün kisəsi, qılınc və qamçı, kəşkül və təbərzin, təsbehlər, süfrə və şamdan, eləcə də 1911-ci ildə onun yubileyi şərəfinə «Nicat» cəmiyyətinin keçirdiyi tədbirin ipək parça üzərində yazılmış proqramı qoyulmuşdur.

 
   
Elanlar