az
en
Bu gün: 24 İyun 2017
Vitrin 144
XIX əsrin ikinci yarısında Azərbaycan klassik şeirinin nümayəndəsi olan Xurşidbanu Natəvan sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı idi. O, xalqın yaddaşında yalnız lirik şeirləri ilə deyil, böyük ictimai fəaliyyəti, o cümlədən Şuşaya, indi də «Xan qızı bulağı» adı ilə məşhur olan bulaq suyunu çəkdirməsi ilə qalmışdır. Ortadakı 144№-li vitrində  Xurşidbanu Natəvanın şəxsi əşyaları - məxmər başmaq, tuman, öz əli ilə tikdiyi Quran qabı, ipək və güləbətin saplarla naxışladığı, muncuqla bəzənmiş yaxalıq və qolçaq, nəfis işlənmiş qazantutan və xurcun nümayiş etdirilir.

   
Elanlar