az
en
Bu gün: 20 Sentyabr 2017
Vitrin 143
 Zaldakı 143№-li vitrində Azərbaycan maarifçisi Həsənbəy Zərdabinin redaktorluğu ilə cəmi iki il (1875-1877) işıq üzü görmüş ilk Azərbaycan qəzeti «Əkinçi»nin və satirik jurnal “Bəhlul”un ilk nömrələrinin birinci səhifələri, Azərbaycanın ictimai həyatında mühüm rol oynamış «İqbal», «Tərəqqi», «İttifaq», «Kaspi» qəzetlərinin səhifələrindən ibarət kollaj nümayiş etdirilir. Vitrində təqdim olunan Mir Möhsüm Nəvvabın özünün illüstrasiyasını verdiyi kitabının üz səhifəsi nəzəri cəlb edir. Həmin Vitrində dövrün görkəmli yazıçı və dramaturqu Cəlil Məmmədquluzadənin redaktorluğu ilə satirik «Molla Nəsrəddin» jurnalının nümunəsi də  qoyulmuşdur. Burada jurnalın ətrafında cəmləşmiş yazıçı və şairlərdən Süleyman Sani Axundov, Nəcəfbəy Vəzirov, Rəşidbəy Əfəndiyev, Mirzə Ələkbər Sabir, Əbdürrəhimbəy Haqverdiyevin qələmindən çıxmış əsərlər, eləcə də şəxsi əşyalar nümayiş olunur. Vitrinin başqa bir podiumunda uşaq ədəbiyyatının inkişafında böyük rolu olan Abdulla  Şaiqin şeirlər toplusu təqdim edilir. Bu dövrün ən parlaq rəssamlarından biri Əzim Əzimzadə idi. Onun “Novruz bayramı” və “ Toy” tabloları vitrinin arxa divarından asılmışdır.
 

 
   
Elanlar