az
en
Bu gün: 26 Aprel 2017
Vitrin 142
1873-cü il martın 10-da Bakıda Mirzə Fətəli Axundovun «Lənkəran xanının vəziri» pyesinin tamaşaya qoyulması ilə milli teatrın əsası qoyuldu. Bunun təşəbbüskarı realnı məktəbinin müəllimi Həsənbəy Zərbabi və onun şagirdi Nəcəf bəy Vəzirov idi. Rolları həmin məktəbin şagirdləri ifa edirdilər. Elə o il aprelin 17-də isə ikinci tamaşa - M.F.Axundovun «Hacı Qara» komediyası oynanıldı. 1883-cü ildə görkəmli messenat Hacı Zeynalabdin Tağıyev teatr binası tikdirdi. 142№-li vitrində istedadlı teatr xadimlərindən Cahangir Zeynalova məxsus şamdan, şair Mirzə Ələkbər Sabirin aktyor Hüseynqulu Sarabskiyə bağışladığı çarıqlar, Hüseynqulu Sarabskinin Məcnun rolunda fotoşəkli, rejissor-aktyor Hüseyn Ərəblinskiyə və aktyor Sidqi Ruhullaya məxsus  əsalar, Mir Möhsün Nəvvaba məxsus güldan və s. nümayiş edilir. Librettosu və musiqisi görkəmli Azərbaycan bəstəkarı  Üzeyir Hacıbəyovun “Şah Abbas və Xurşud banu” operası yazılmış kitab (1917 il), Zülfüqar Hacıbəyovun “Evliykən subay” operettasının librettosu, müxtəlif tamaşaların proqramları  da bu eksponatların arasındadır.

 
   
Elanlar