az
en
Bu gün: 28 Mart 2017
Vitrin 140

 Zala girişin solunda təqdim olunmuş iki molbertin birincisinin üstündə naməlum rəssamın XIX əsrin ikinci yarısında Bakı şəhərini təsvir edən akvarellə çəkilmiş tablosu, ikincisində isə rəssam Məhəmməd Həsən Əfşarın 1255/1839-40-cı ildə yağlı boya ilə yaratdığı şah Məhəmməd Qacarın portreti qoyulmuşdur.

140№-li vitrin XIX əsrin ikinci yarısında Azərbaycanın ibtidai və orta təhsil sistemində baş vermiş köklü dəyişikliklərə həsr olunmuşdur. Bu dövrdə ilk və orta rus tatar (azərbaycanlı) məktəbləri yaradılmış, tədris sistemində yeni üsullar tətbiq olunmuş, qadın gimnaziyaları, dünyəvi rus-azərbaycanlı qız məktəbi açılmışdır. Təcrübəli pedaqoqların hazırlanması məqsədilə Gürcüstanın Qori şəhərindəki müəllimlər seminariyasında Azərbaycan şöbəsi təşkil olunmuşdur. Vitrində Azərbaycanda fəaliyyət göstərən ibtidai və orta məktəblərin məzunlarının fotoşəkilləri, onların möhürləri, müxtəlif sənədləri, o cümlədən, şəhadətnamələr, pedaqoqlardan Həbibbəy Mahmudbəyovun, Sadıq Hüseynovun, Rəhim Məlikovun, Əlicabbar Orucəliyevin, Qori müəllimlər seminariyasının məzunları Səfərəli Vəlibəyovun, Həmidbəy Şahtaxtinskinin, Məmmədbəy Əfəndiyevin, Məmmədəli Səfərovun, Əlihəsən Terequlovun şəxsi əşyaları və sənədləri qoyulmuşdur. Vitrində Rəşidbəy Əfəndiyevin “Uşaq baxçası”, A.A.Saxarovun “Osnovnoy kurs mejdunarodnoqo əzıka. Gsperanto”, o cümlədən digər dərsliklər nümayiş edilir.

 
   
Elanlar