az
en
Bu gün: 24 İyun 2017
Vitrin 137
1879-cu ildə Abşeronda ilk darxətli dəmir yolu inşa edildi. 1883-cü ildə Bakı-Tiflis, 1900-cü ildə isə Bakı-Petrovsk (Mahaçqala)  dəmir yolu xətləri çəkildi. İlk neft boru xətti Abşeronda 1878-ci ildə çəkilmiş, ən iri neft kəməri Bakını Batum limanı ilə birləşdirmişdi. XIX-XX əsrlərin əvvəllərində Azərbaycanda nəqliyyat və rabitəyə həsr olunmuş  137№-li vitrindəki əşya, sənəd və medallar Azərbaycanda gəmiçilik haqqında da məlumat verir. Burada azərbaycanlı gəmi kapitanları Yaqub Axundov, Əlibala Rəcəbov, Kərbəlayı Vahab və Əbül Qasimin, Bakı dəniz reydinin rəisi Hacı Həsənin və b. sənədləri, fotoşəkilləri və şəxsi əşyaları təqdim olunur. Vitrində dəmir yolu vaqonunun açarı da qoyulmuşdur. Vitrinin sağ tərəfində Petrovsk-Bakı dəmiryolu xəttinin 1896-1901-ci illərə aid albomu (Alğbom ispolnitelğnıx çertejey Petrovsk-Bakinskoy nefti. 1896-1901), yol inşaatı üzrə mühəndis Fərrux bəy Vəzirovun pasportu və vizit kartı, dəniz binoklu, bosman fiti və s. nümayiş edilir.

 
   
Elanlar