az
en
Bu gün: 27 Mart 2017
Vitrin 136
Neft və digər sənaye sahələrinin coşğun inkişafı çox güclü enerji mənbəyinin olmasını tələb edirdi. «Nobel qardaşları» şirkətinin 1897-ci ildə Bakıda tikdirdiyi elektrik stansiyası  ilə yanaşı başqa xırda elektrik stansiyaları olsa da, tələbat ödənmirdi. Buna görə də Bakıda «Elektriçeskaya sila» səhmdar cəmiyyəti təsis edildi. Onun reklam vərəqi və işçilərinin hesab kitabçası zalın axırındakı 136№-li vitrində nümayiş olunur. Bu vitrində Bakıya Şollar su xəttinin çəkilməsi ilə bağlı sənədlər də qoyulmuşdur. Müxtəlif sərgilərdə Azərbaycanın qazandığı medallar, (1911-ci il Roma və 1908-ci il Paris sənaye sərgilərinin) burada sənayenin yüksək inkişafından xəbər verir.

 
   
Elanlar