az
en
Bu gün: 21 Iyul 2017
Vitrin 134

Azərbaycanda zəngin xammal ehtiyatlarının olması dağ-mədən işinin inkişafına imkan verirdi. Ekspozisiyada Gədəbəy mis mədənlərində istifadə edilmiş mühafizə dəbilqəsi və mühafizə eynəyi, fənər, Gədəbəy misəritmə zavodunun işçilərinin paltarı, mədənlərdə istifadə olunan filiz çömçəsi, metkaf, fənər, külüng və s. nümayiş etdirilir. Vitrinin arxa divarında Gədəbəy misəritmə zavodunun işçilərinin XIX əsrin sonlarına aid fotoşəkli asılmışdır.

Neft sənayesinin inkişafı dünyanın ən iri banklarının Bakıda öz filiallarını açmasına səbəb oldu. Bankların fəaliyyətini əks etdirən 134№-li vitrində  Şimal Bankın Bakı bölməsinin ştampı qoyulmuşdur. Bu vitrində Rusiya Dövlət Bankı, Rusiya-Asiya bankı, Rusiya Xarici Ticarət Bankının Bakı bölməsinə  aid əşyalar da nümayiş olunur. Vitrində həmçinin bank işçilərinin forma paltarının düymələri (№6), bank açarları (№5), H.Cəbiyevə məxsus Bakı Tacir Bankının çek kitabçası, müxtəlif bankların çek vərəqləri və hesab  kitabçaları qoyulmuşdur.

 
   
Elanlar