az
en
Bu gün: 20 Sentyabr 2017
Vitrin 132
1848-ci ildə dünyada ilk dəfə olaraq Abşeronda neft quyusu qazıldı. 1859-cu ildə ilk neft emalı zavodu inşa edildi, 1899-cu ildə isə artıq 101 belə zavod fəaliyyət göstərirdi. Əsrin sonlarında neft istehsalına görə Bakı dünyada birinci yerə çıxdı. 132№-li vitrində neft quyularının qazılması və neftin çıxarılması zamanı istifadə edilən qazma avadanlığı, neftçi fəhlənin paltarı və əlcəyi, tartal vedrəsi, neft mədənlərində istifadə edilən fənər, o dövrün neft şirkətlərinin (“Kaspi-Qara dəniz” neft cəmiyyətinin, “Moskva-Qafqaz”, “Kaspi-Ramana”, “Abşeron-Binəqədi” neft şirkətlərinin) sənədləri və s. nümayiş edilir. Həmin vitrində Bakıda çalışan xarici şirkətlərdən - Benkendorf  və Nobel qardaşları şirkətlərinə məxsus  sənəd və əşyalar, Mirtağı Mirbabayevin ticarət neft sənayesi kontoruna, “Rus nefti Bakı cəmiyyəti”nə, Neft Sənayeçiləri Qurultayı Şurasına məxsus sənədlər  qoyulmuşdur. Vitrinin arxa divarında rəssam M.Kalnitskinin ilk neftayırma zavodu tablosu, XIX əsrin ikinci yarısına aid açıq neft anbarlarının qazılması (№27), Bakıda neft mədənləri (№28) və Bakıda ilk neft emalı zavodunun (№30) fotoşəkilləri asılmışdır.

   
Elanlar