az
en
Bu gün: 21 Iyul 2017
Vitrin 131
XIX əsrin ortalarından başlayaraq Azərbaycanda neft istehsalının genişlənməsi ilə əlaqədar bir çox dünya şöhrətli rus alimləri Bakıya gəlmişdilər. Geoloji kəşfiyyat sahəsində ilk tədqiqatları akademik Q.V.Abix aparmış, neftli torpaqların geoloji strukturunun öyrənilməsində V.D.Qolubyatnikov və İ.M.Qubkin mühüm nəticələr əldə etmişdilər. 60-ci illərdə Bakıya gəlmiş böyük kimyaçı D.İ.Mendeleyev neft işini həm nəzəri, həm də praktiki cəhətdən  tədqiq etmiş, sənayenin inkişafı üçün bir sıra təkliflər irəli sürmüşdü. Bu sahədə N.D.Zelinski və L.Q.Qurviç kimi alimlər də böyük nailiyyətlər əldə etmişdilər. XIX əsrin sonu XX əsrin əvvəllərində neft elmi sahəsində yerli kadrlar yetişdi. Onların arasında neft kimyası sahəsində ilk azərbaycanlı kimyaçı-alim, 1871-ci ildə Strasburqda elmlər doktoru alimlik adına layiq görülən Möhsün bəy Xanlarovun böyük xidmətləri olmuşdur.

Girişin solundakı divarda neft və elmə dair fotoşəkilli məlumat paneli vurulmuşdur. Onunla yanaşı divardan rəssam M.A.Kalnitskinin 1938-ci ildə çəkdiyi “Neftayırma zavodu” tablosu asılmışdır. 131№-li vitrində L.Q.Qurviçin ixtira patenti, Xanlarovun Almaniyada çap olunmuş məqaləsinin səhifəsi və onun qapı lövhəsi qoyulmuşdur. Neft hasilatı və emalı sahəsində F.Rüstəmbəyov, A.Mirzəyev, İ.Rzayev və başqaları tanınmışdılar. Eksponatlar arasında neft mühəndisi F.Rüstəmbəyovun yazı dəstini görmək olar.

   
Elanlar