az
en
Bu gün: 20 Sentyabr 2017
Vitrin 127
Zala girişin sol tərəfindəki 127№-li vitrin ipəkçiliyə həsr olunmuşdur. Azərbaycanda ipəkçilik sənəti texniki inkişaf səviyyəsinə görə artıq orta  əsrlərdə mövcud dünya standartlarına çatmışdı. XIX əsrdə ipək toxuculuğu istehsal texnologiyasının təkmilləşməsi və əmək bölgüsünün inkişafı baxımından manufaktura mərhələsinə tam yaxınlaşmışdı. XIX əsrin ikinci yarısında Cənubi Qafqaz ipəyinin böyük hissəsini Şamaxı, Nuxa (Şəki) və Şuşa qəzaları verirdi. Təkcə Nuxa qəzasının payına bütün Cənubi Qafqaz ərazisində hasil edilən xam ipəyin yarıya qədəri  düşürdü. Ekspozisiyada «zərbuta», «zərxara», «gülməxmər», «atlas» ipək parça nümunələri,  kəlağayılar,  darayı, ipək cecim, ipək sap əyirmək üçün cəhrə, müxtəlif formalı ağacdan basma möhürlər, eləcə də XX əsrin əvvəllərində Brüssel, Paris və Londonda keçirilən sərgilərdə Azərbaycan ipəkçilərinə əldə etdikləri nailiyyətlərə görə verilmiş  medallar nümayiş etdirilir.
   
Elanlar