az
en
Bu gün: 18 Avqust 2017
Vitrin 121
Soldan 121№-li vitrinin mərkəz hissəsində Azərbaycan zərgərlərinin əsasən qızıldan hazırladıqları müxtəlif əşyalar təqdim edilmişdir; burada müxtəlif bəzək əşyaları - sırqalar, sinəbəndlər, toqqalar, qolbaqlar, üzüklər və s.-lə yanaşı silah ustalarnın hazırladıqları xəncər, qılınc və s. nümayiş olunur.  Həmin vitrinin sol hissəsində divardan xovlu Quba xalçası asılmış, yerə xovlu Qazax xalçası döşənmişdir. Burada XIX əsr kübar azərbaycanlı xanımlarının toy bayır paltarı qeydirilmiş manekeni təqdim olunur. Onun yanında bəzək əşyaları sandıqçası və qızıldan piləkləri olan başmak qoyulmuşdur. Vitrinin sağ hissəsindəki manekenə qış qadın libası qeydirilmiş,  yerə xovlu Urmiya xalçası döşənmiş, vitrinin divarına isə xovlu Qədəbəy xalçası vurulmuşdur.
   
Elanlar