az
en
Bu gün: 28 Mart 2017
Vitrin 112

Gülüstan müqaviləsinin nəticələrindən narazı qalan İran hökuməti 1826-cı ildə yenidən Rusiyaya müharibə elan etdi. 1827-ci ildə rus qoşunları Naxçıvan və İrəvan xanlıqlarını işğal etdilər. Zala girişin sağ tərəfində rəssam F.Rubonun yaratdığı böyük həcmli rəsm əsəri 1826-cı il sentyabrın 13-də Yelizavetpol (Gəncə) yanında baş vermiş, Rusiyanın qələbəsi ilə başa çatmış döyüşü əks etdirir.

Şəklin altında nümayiş olunan 1826-ci il nümunəli 12 funtluq rus batareya topları da II Rusiya-İran müharibəsində istifadə olunmuşdur.

Zalın ortasındakı 112№li podiumda Azərbaycan döyüşçülərinin istifadə etdikləri “zənburək” topları və onların mərmiləri qoyulmuşdur.

   
Elanlar