az
en
Bu gün: 25 İyun 2017
Vitrin 110
Zala girişin  sol tərəfində  məşhur rus batalist rəssamı Frans Rubonun çəkdiyi «General Kotlyarevskinin qoşunlarının Lənkəran qalasına hücumu» tablosu təqdim olunmuşdur. Əsərdə I Rusiya-İran müharibəsinin son döyüşünün   həlledici anı təsvir edilib. Gərgin ölüm-dirim döyüşünə baxmayaraq qala alınır. Onun bütün müdafiəçiləri, o cümlədən lənkəranlı  Sadıq xan qəhrəmancasına həlak olur, rus qoşununun az qala yarısı məhv edilir, general Kotlyarevski özü ağır yaralanır. Rus qoşunlarının Təbriz istiqamətində irəliləməsindən ehtiyat edən İran diplomatları ingilislərin vasitəçiliyi ilə danışıqlara başlayırlar. 1813-cü il oktyabrın 12-də Rusiya imperiyası ilə İran dövləti arasında imzalanan Gülüstan müqaviləsi ilə 10 illik Rusiya-İran müharibəsinə son qoyulur. Müqaviləyə əsasən Azərbaycan xanlıqlarına məxsus torpaqlar iki yerə bölünür: Arazdan şimaldakı torpaqlar (Naxçıvan və İrəvan xanlıqlarından başqa) Rusiya imperiyasının tərkib hissəsinə çevrilir. İlk  dəfə bu vaxtdan «Şimali Azərbaycan» istilahı istifadə edilməyə başlayır.

 
   
Elanlar