az
en
Bu gün: 29 May 2017
Vitrin 106

XVIII əsrin sonu-XIX əsrin əvvəllərində ayrı-ayrı xırda dövlətlərə - xanlıqlara bölünmüş Azərbaycanın daxili və xarici vəziyyəti olduqca mürəkkəb idi. İran və Rusiyanın işğalçı planlarına qarşı dura bilən vahid qüvvə yox idi. 1803-cü ilin sonunda general P.D.Sisianovun başçılığı ilə rus qoşunları Gəncəyə tərəf hərəkət etdilər. 1804-cü il yanvarın 2-dən 3-nə keçən gecə baş vermiş son döyüşdə Cavad xanın başçılıq etdiyi Gəncə müdafiəçilərinin düşmənə inadlı müqavimətinə baxmayaraq şəhər alındı. Cavad xan öz oğlu ilə qanlı döyüş meydanında qəhrəmancasına həlak oldular.

Rusiya ordusunun əsas zərbə qüvvəsini artilleriya təşkil edirdi. Zalın mərkəzindəki şüşə ilə örtülmüş podiumda (№106) qoyulmuş rus top mərmiləri Gəncə qalasının müdafiəçilərinə qarşı tətbiq edilmişdir. Bu mərmilər rus komandanlığının göstərişi ilə 1803-1804-cü illərdə Gəncənin qala divarlarının yanından yığılmışdır.

 
   
Elanlar