az
en
Bu gün: 21 Iyul 2017
Vitrin 96

Nadir şahın 1747-ci ildə ölümündən sonra hakimiyyət uğrunda qızışan mübarizə, tarixi Azərbaycan ərazisində yerli hakimlərin - xanların irsi və müstəqil idarə etdikləri iyirmi kiçik feodal dövlətin - xanlıqların, beş sultanlığın, bir camaatın yaranması ilə nəticələndi.

Zala girişin sağ tərəfində rəssam Altay Hacıyevin Azərbaycanın vahid dövlətdə  birləşdirilməsi uğrunda mübarizə aparan xanları təsvir edən tablosu (№96)  verilmişdir. Rəsmin mərkəzində Qubalı Fətəli xan, sağında Şəki xanı, solunda isə Bakı xanı təsvir olunmuşdur. Quba, Şəki, eləcə də Urmiya xanları ölkənin birləşdirilməsi üçün cəhdlər etmiş, bəzən buna qismən nail olmuş, lakin digər xanların müqaviməti ilə üzləşmişdilər.

 
   
Elanlar