az
en
Bu gün: 27 Mart 2017
Vitrin 85

XVII əsrin sonu XVIII əsrin əvvəllərində Səfəvilər imperiyasının zəifləməsi Rusiya imperatoru I Pyotrun Xəzər dənizinə sahib olmaq iddiasını həyata keçirmək imkanı verdi. 1722-ci ildə Dərbəndə, sonra isə Bakıya hücum nəticəsində, müvəqqəti olsa da Azərbaycanın Xəzərboyu ərazisi işğal edildi (1722-1735-ci illər). Buna cavab olaraq Osmanlı dövləti də Azərbaycanın digər vilayətlərini tutdu. Azərbaycan ərazisi vilayətlərə və sancaqlara bölündü. 85№-li vitrində rəssam Piralovun rus generalı Matyuşkinin Bakıya hücum tablosunun fonunda (əsli muzeyin Təsviri İncəsənət fondundadır) XVIII əsrin I rübündə Rusiya ordusunda istifadə edilən silahlardan çaxmaqdaşılı tüfəng, espanton, tapança, eləcə də üzərində xaç, ikibaşlı qartal təsviri olan ənənəvi rus əsgəri papağı-  renadyorka nümayiş etdirilir.

Vitrinin yanındakı monitorda XVII əsrə aid Suraxanı atəşgahına həsr olunmuş, nümayiş olunur.

Onun yanındakı taxça-vitrində XIX əsrdə yaşamış məşhur Azərbaycan şairi, rəssamı və musiqiçisi Mir Möhsün Nəvvaba məxsus silah kolleksiyası təqdim edilir.

 
   
Elanlar