az
en
Bu gün: 17 Avqust 2017
Vitrin 81
Səfəvi dövrü sənətkarlığına həsr olunmuş 81№-li vitrinin sağ küncündə qoyulmuş ip əyirmədə istifadə edilən alət və əl iyini asmaq üçün düzədilmiş üstü yazılı əşya diqqəti xüsusilə cəlb edir. XVII əsrə aid bu eksponat Azərbaycanda ağac üzərində oyma sənətinin ən yaxşı nümunələrindəndir. Vitrindəki, üzərində Şeyx Səfinin adi yazılmış mis qazan (№2), Surxay xan qalasından (Oğuz rayonu) aşkar edilmiş, üzərində Surxay xanın adı yazılmış cam (№10), üstündə badələr olan nəfis sini, ədviyyat qabları, şəbəkəli çərçivələr, qızıl suyu ilə işlənmiş mis aftava, miniatürlü sinilər, o cümlədən üzərində Şah Təhmasibin adı yazılmış sini və s. dövrün sənətkarlıq nümunələridir. Burada təqdim olunan müxtəlif naxışlı ipək parça növləri Azərbaycan şəhərlərində ipəkçiliyin yüksək inkişaf səviyyəsini nümayiş etdirir. Vitrinin aşağı hissəsində qoyulmuş kaşı nümunələri şəhərsalmada geniş istifadə olunmuşdur.

 

   
Elanlar