az
en
Bu gün: 29 İyun 2017
Vitrin 79
Zala girişdə soldan 79№-li vitrində Səfəvi dövrü silahları təqdim olunmuşdur. Vitrinin sağ və sol küncündə üstündə insanbaşlı günəş və ulduzlar, həndəsi və nəbati ornamentlər, müxtəlif səhnələri əks etdirən miniatürlər təsvir olunmuş, ətraflarına kufi xəttilə yazılar həkk edilmiş mənbələrdə «sipər» adlandırılan polad qalxanlar asılmışdır. Qalxanların arasında təbərzin, müstəfiyyə adlanan və heyvanbaşlı toppuzlar, eləcə də döyüş bayraqlarının ağacına taxılan ələm və müxtəlif formalı dəbilqələr nümayiş etdirilir. Vitrindəki silahlar arasında qılınc və xəncərlər diqqəti cəlb edir. Vitrinin ortasında “zülfüqar qılıncı” qoyulmuşdur. Müsəlmanların Şiə təriqətinin ideoloji əsas olduğu bu dövrdə həmin ikihaçalı qılınc İmam Əlinin qılıncının nümunəsi kimi müqəddəs hesab edilirdi. Vitrindəki zəngin bəzədilmiş behbud xəncərləri isə əsasən rəsmi mərasimlərdə əyanlar tərəfindən istifadə edilirdi. Orta podiumda möhür və möhürqabı (№6) təqdim olunmuşdur. Möhürün üzərində şiə imamlarının adları yazılmış, _____/1689-90-cı il tarixi qeyd olunmuşdur.

 

   
Elanlar