az
en
Bu gün: 29 Aprel 2017
Vitrin 78
1501-ci ildə Şah İsmayıl Xətayinin əsasını qoyduğu Azərbaycan Səfəvilər dövləti tarixi Azərbaycan torpaqlarını yenidən vahid dövlətdə birləşdirdi, Azərbaycan dili ilk dəfə dövlət dili səviyyəsinə qalxdı. Bu dildə ümumdünya şöhrəti qazanmış ədəbi əsərlər yaradıldı. Osmanlı imperiyası ilə daimi rəqabətdə olan Səfəvi şahları Avropa ölkələri ilə diplomatik münasibətlər qurur, səfir mübadiləsi edirdilər. Zalın girişində asılmış, rəssam Toğrul Nərimanbəyovun tablosunda (№78) Şah İsmayılın Osmanlı elçilərini qəbul etmə mərasimi verilmişdir.

 
   
Elanlar