az
en
Bu gün: 24 İyun 2017
Vitrin 71

Zalın başındakı 71№-li vitrində həmin ekspedisiyanın sualtı axtarışlar zamanı əldə etdiyi  nümunələr nümayiş olunur.

Burada heyvan və quş təsvirli, üstü yazılı saxsı məmulatını, mərmər naxışlı gil qab hissələrini, müxtəlif formalı saxsı çıraqları, Çin istehsalı olan seladon qab hissələrini, lüləli gil dolçaları və s. görə bilərsiniz. Vitrinin aşağı hissəsində qoyulmuş Bilgəhdən tapılmış mis qazan da (№16) diqqəti cəlb edən eksponatdır. Onun ağac və ya dəmir vasitəsilə ocaqdan asılması üçün halqavari qulpları vardır. Burada Bakı buxtasından tapılmış tüfəngin qundaq hissəsi (№15), Rusiyanın XVIII-XIX əsrlərə aid mis beş qəpiklikləri (№13), dəniz quldurlarına məxsus “abordaj” qarmağı da (№17) nümayiş etdirilir. Vitrindəki 6№-li podiumda qoyulmuş şirli yazılı qab hissələri yerli istehsal məhsuludu. Ortadakı qab fraqmentində fars dilində “Yusif Kasakinin istehsalı” sözləri yazılmışdır.

 
   
Elanlar