az
en
Bu gün: 29 İyun 2017
Vitrin 58
IX-XIII əsrlərdə Azərbaycanda şirli və şirsiz saxsı məmulatın istehsalı yüksək dərəcədə inkişaf etmişdi. Zaldakı dairəvi 58№-li vitrində qoyulmuş saxsı qabların formasında, çeşidində rəngarənglik diqqəti cəlb edir. Beyləqanda və Qəbələdə aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan bu qabların üzərində ərəb qrafikası ilə qısa mətnlər yazılmış, at, dəvə, ceyran, dovşan, turac və s. təsvirləri, həndəsi və bitki ornamentləri çəkilmişdir. Yaşıl rəngli səbət formalı şirli qab öz orijinallığı ilə seçilir. Nümayiş etdirilən təsərrüfat küpünün ağız hissəsində ərəb dilində «Əlinin işidir» sözləri ilə bərabər məscid elementləri də təsvir olunmuşdur. Beyləqanda tapılmış iki nəfis boşqab üzərində onları düzəldən iki sənətkarın Bədəlin və Sədullanın adları həkk olunmuşdur. Qabların alt hissəsində müxtəlif usta, emalatxana və bəzən sənətkar sexlərinin möhürləri vurulmuşdur.

 
   
Elanlar