az
en
Bu gün: 29 İyun 2017
Vitrin 55
XII əsrdə Bakı limanının əhəmiyyəti daha da artır. 1192-ci ildə Şamaxıda baş verən güclü zəlzələdən sonra Şirvanşah Axsitan paytaxtı Bakıya köçürür. Dəniz tərəfdən hücumların qarşısını almaq məqsədi ilə burada ilk dəfə donanma yaradır. Zalda nümayiş etdirilən rəssam Oqtay Sadıqzadənin tablosunda (№55) Şirvanşah Axsitanın Bakı limanında öz donanmasını nəzərdən keçirməsi səhnəsi əks olunmuşdur. Arxa planda Qız qalası, Şirvanşahlar sarayı, qala divarları və digər tikililər təsvir olunmuşdur.  
   
Elanlar