az
en
Bu gün: 23 Noyabr 2017
Vitrin 54
Sultan Məlikşahdan sonra (1092-1157) Səlcuq imperiyasının tənəzzülü başlandı. 1118-ci ildən Xorasandan Anadoluya və Suriyayadək olan torpaqlar, o cümlədən Azərbaycan mərkəzi Həmədan olan İraq Səlcuq sultanlığını təşkil etdi. XII əsrin 30-cu illərindən hakimiyyət uğrunda mübarizə qızışdı. Sultan II Toğrulun oğlunun atabəyi olmuş Şəmsəddin Eldəniz 1146-cı ildən ilk paytaxtı Naxçıvanda olan Azərbaycan atabəyləri dövlətini (1136-1225) yaratdı. 54№-li vitrin XI-XIII əsrlərdə Azərbaycanın pul dövriyəsini əks etdirir. Burada Azərbaycan atabəyləri və onların vassallarının pulları ilə yanaşı xarici ölkə sikkələri də nümayiş olunur.  
   
Elanlar