az
en
Bu gün: 24 İyun 2017
Vitrin 52
Azərbaycanın Ərəb Xilafəti tərkibinə qatılması sikkə zərbi sahəsində də özünü göstərdi. VII əsrin sonlarında həyata keçirilən pul islahatına əsasən yeni ərəb pul vahidləri - qızıl dinar, və gümüş dirhəm ölkənin ticarət dövriyyəsinə buraxıldı. 52№-li vitrində Xilafətin Əməvilər və Abbasilər sülalələri dövründə Azərbaycan, Dəməşq, Mərv və Kufədə kəsilmiş gümüş dirhəmlər nümayiş etdirilir. IX əsrin ortalarından etibarən mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən nüfuzlu Azərbaycan valiləri tabeçiliklərində olan əraziləri müstəqil dövlətlərə çevirirlər. Sikkə zərbi genişlənir. Həmin vitrində xəlifələrin adlarına kəsilən pullarla yanaşı Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər və Şəddadilər dövlətlərinin sikkələri, eləcə də Azərbaycan ərazisindən tapılmış və Yaxın Şərq ölkələri ilə ticarət əlaqələrini təsdiq edən Samanilər, Qəznəvilər, Buveyhilər, Həmdanilər, İspaniya Əməviləri, İdrisilər, Qaraxanilərin də pulları nümayiş olunur.  
   
Elanlar