az
en
Bu gün: 27 Mart 2017
Vitrin 43

43№li vitrinin arxa divarında Azərbaycanın müxtəlif yerlərindən (Şamaxıdan, Şəkidən, Mingəçevirdən, Abşerondan, Tərtərdən və s.) qazıntılar zamanı aşkar edilən qızıl bəzək əşyaları - müxtəlif qolbaqlar, boyunbağılar, qaşlı və qaşsız üzüklər, sırğalar, toqqa bəndləri, piləklər, asmalar, müxtəlif muncuqlar və s. nümayiş edilir. Yüksək sənətkarlıq nümunəsi olan bu əşyalar Azərbaycanda zərgərlik, metaldöymə, metalda naxışaçma və qəliblərdə metaltökmənin yüksək inkişaf səviyyəsini təsdiq edir. Həmin vitrində nümayiş olunan, üzərində günəş, boğazına lent bağlanmış tur, Sasani şahı Şapurun ov səhnəsini əks etdirən gümüş qablar da yüksək sənətkarlıq nümunəsidir. Bu vitrinin sol küncündə şüşə vazalar, ətir qabları və qədəhlər qoyulmuşdur. Alimlərin fikrincə, bu ətriyyat qablarının bir hissəsi yerli istehsal məhsulu, bir hissəsi isə xarici ölkələrdən, əsasən də Suriya və Fələstindən gətirilmədir.



 

   
Elanlar