az
en
Bu gün: 29 Aprel 2017
Vitrin 42

Xüsusi mülkiyyətin, dövlətin yaranması ilə Albaniyada möhürlər işlədilir. 42 №-li vitrin antik və ilk orta əsrlərdə Qafqaz Albaniyasının ticarətinə və ticarət məhsullarına (bəzək əşyalarına) həsr olunmuşdur. Azərbaycanın Ön Asiya ölkələri ilə əlaqələrini əks etdirən eksponatlar arasında Naxçıvan ərazisində tapılmış, üzərində arami yazısı olan gil qab xüsusi yer tutur. Vitrində (№42) qoyulmuş saxsı və daş möhürlərindən müəyyən sənədi və əşyaları təsdiqləmək üçün istifadə edirdilər. Bu möhürlər Qəbələ, Mingəçevir, Xınıslı (Şamaxı) şəhərgahlarından tapılmışdır. Həmin vitrində Mingəçevirdən aşkar olunmuş, ticarətdə işlədilən gil çəki daşları və tunc tərəzi qolu da nümayiş edilir. Burada Azərbaycan zərbxanalarında (Bərdə, Naxçıvan, Arran, Beyləqan, Baquan-Bakı və b.) kəsilmiş yerli pullarla yanaşı, Sasani, Bizans, Təbəristan və b. yerlərin  pulları da təqdim olunur.

 

 
   
Elanlar