az
en
Bu gün: 20 Oktyabr 2017
Vitrin 41

Ölkədə feodal münasibətlərinin təşəkkülü və möhkəmlənməsi zəminində mədəniyyət də inkişaf edirdi. V əsrin əvvəllərində artıq 52 hərfdən ibarət alban əlifbası yaradılmışdı. Zalın ortasındakı 41№-li vitrində Mingəçevirdə arxeoloji qazıntılar zamanı aşkarlanmış VI-VII əsrlərə aid alban yazılı xaçaltı daş nümayiş etdirilir. Bu daş dövrümüzə tam halda yetişməsə də onun bütün tərəflərinin alban yazısı ilə əhatə olunduğu aşkar görünür. Qarşı hissədə iki tovuz quşu və onların arasında «dirilik ağacı»nın - zanbaq çiçəyinin relyef təsviri həkk edilmişdir. Xristianlıq dövlət səviyyəsində qəbul edilsə də, VI-VII əsrlərdə qədim sitayiş surətləri hələ də yaşamaqda idi. Qədim azərbaycanlıların etiqad etdikləri dirilik ağacı ilə yanaşı xaçaltıda təsvir olunan tovuz quşları da müqəddəs hesab olunurdu. Bütpərəstlikdə ölümün simvolu olan tovuz quşları xristianlıqda həyatın təcəssümüdür. Tovuz quşunun boynundakı müqəddəs lent Şərq ölkələrində geniş yayılmış, hətta Sasani şahlarının geyiminin və tacının ayrılmaz atributu olmuşdur. Bu vitrində xaçaltı daşla yanaşı alban yazılı gil şamdanlar və təsərrüfat küplərinin hissələri də nümayiş etdirilir.


 
   
Elanlar