az
en
Bu gün: 29 İyun 2017
Vitrin 31

Ağsunun Nərgizava və İsmayıllının Mollaisaqlı abidələrindən aşkar olunmuş bədii tunc məmulatı kompleks halda nümayiş etdirilir. Çox hissəsi kult əşyaları olan bu dəfinədə ilanbaşlı insan fiqurları, at və atlı fiqurları, maral və qartal təsvirli toqqa başlığı, at və quşun bitişik başlı fiquru, qoç və öküz fiqurları, zınqırovlu asmalar  və s. tuncdandır. Belə bəzək əşyaları qədim Azərbaycan sakinlərinin totemləri olub, bəd ruhlardan qorunmaq üçün mərasim və ayinlərdə istifadə edilirdi.

Qadınların istifadə etdikləri və bu vitrində nümayiş etdirilən qolbağ, üzük, sinəbənd, boyunbağı da bu dövrdə metalişləmə sənətinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.

 

   
Elanlar