az
en
Bu gün: 17 Oktyabr 2017
Vitrin 27
Bütün qarşısında qoyulmuş dairəvi vitrin (№27) antik sənətkarlığa həsr olunmuşdur. Yüksək bədii zövq və ustalıqla hazırlanmış və əksəriyyəti küp qəbirlərdən aşkar olunmuş bu əsərlərdə skiflərə məxsus heyvani üslubun  güclü təsiri aşkar görünür. Antik usta saxsı qab hazırlayarkən onu ya heyvan formasında düzəldir, ya ona heyvanformalı qulp qoyur, ya da üzərinə heyvan təsviri həkk edirdi. Vitrindəki, müxtəlif təyinatlı qablarda öz əksini tapan hakimiyyət rəmzi olan maral, güc, qüvvət rəmzi olan qoç müqəddəs hesab olunurdu; quş formalı su qabı, Mingəçevirdən tapılmış lüləyi quş başı formalı boyalı gil qabın (№11) üzərində sonsuzluğu, həyatın əbədiliyini göstərən ziqzaq nəqş olunmuşdur; onun üstündəki həyat ağacı və quş,  eləcə də bəzi keçi təsvirləri antik dövr azərbaycanlılarının həyatın əbədiliyinə olan inamları ilə yanaşı məhsuldarlığı, su və suvarma təsəvvürləri ilə bağlı heyvan və bitki aləmini simvolizə edir.    Azərbaycanda küplərdə dəfnetmə adəti e.ə. VI əsrdən başlanmış, eramızın VII əsrinə qədər davam etmişdir. Küpün içinə ölüyə məxsus xırda əşyalar, ətrafına isə iri gil qablar düzülürdü. Küpün ağzı küp qırığı, yastı daş və ya çiy kərpiclə örtülürdü. Adətən ölünün başı küpün ağzı istiqamətində qoyulurdu. Şər qüvvələrdən təmizlənmək üçün küpün ağzı tərəfdə ocaq qalanırdı. Küplərdə tək, bəzən qoşa və ya üç nəfər dəfn olunurdu.

   
Elanlar