az
en
Bu gün: 14 Dekabr 2017
Vitrin 26
Zalda nümayiş etdirilən daş heykəl - bütlər (№26) e.ə. I minilliyin sonundan islamadək olan dövrü əhatə edir. Ağsuda Nərgizava abidəsindən aşkar olunmuş birinci kiçik heykəl-büt kişi əcdadını ilahiləşdirir. Onun girdə başı, qartal sifəti, eşmə bığı vardır. Sağ əlini ürəyinin üstünə qoymuşdur. 1946-cı ildə Xınıslıda (Şamaxı) aşkar olunmuş monumental heykəl-büt əcdadların ilahiləşdirilməsi kultu ilə bağlı idi; bəlkə də tayfa başçısını təsvir edirdi. Başsız, sol əli sağ sinəsinə qoyulmuş, sağ əli aşağıda, qarnının üstündədir. Onun sol qoluna altıləçəkli gül döyməsi vurulmuşdur. Bu dövrdə Azərbaycanda Humay ilahəsinə inam geniş yayılmışdı. O, hamilə qadınların, ana bətnində olan və artıq doğulmuş uşaqların ruhlarının qoruyucusu hesab olunurdu. Tovuzda Qəribli abidəsindən aşkar olunmuş heykəl-büt isə başı deformasiya olunmuş kişiyə məxsusdur. Başın deformasiya olunması daha çox skif-sarmat tayfalarına məxsusdur.    Azərbaycan ərazisindən onlarla belə monumental heykəllər aşkar olunmuşdur. Orta Asiyada, Sibirdə, Monqolustanda və b. yerlərdə analoji heykəllərin geniş yayılması, çox güman, xalqların (skif, hun, bulqar, sabir, xəzər və b.) miqrasiyası ilə bağlı olmuşdur.

 
   
Elanlar