az
en
Bu gün: 17 Oktyabr 2017
Vitrin 18
Son tunc-ilk dəmir dövründə sosial bərabərsizlik daha da dərinləşmiş, tayfalararası ziddiyyətlər kəskinləşmişdi. Otlaq, mal-qara və metal uğrunda mübarizə gündəlik peşəyə çevrilmişdi. 18№li vitrində nümayiş olunan və müxtəlif qəbir abidələrində tapılan çoxsaylı silah nümünələri də bunu təsdiq edir. Atın döyüş meydanında oynadığı mühüm rolla əlaqədar bəzək elementi kimi geniş yayılmış yəhərvari dəstəli, naziktiyəli tunc və dəmir qılınclardan (№1) daha çox Muğan mədəniyyəti (e.ə.IX-VII əsrlər) sakinləri istifadə etmişlər. Arxeoloqlar belə qılınclardan Uzuntəpə (Cəlilabad) abidəsində aşkar etmişlər. Vitrinin arxa divarındakı makrofotoda yəhərvari qılıncın dəstəsinin böyüdülmüş şəkli verilmişdir. Üzərində keçi təsviri olan enli qılınclar isə Xocalı-Gədəbəy mədəniyyətinin daşıyıcıları olan tayfalara məxsusdur. Tunc ox uclarının ən maraqlı nümunələri qamışa sarınmış şəkildə Mingəçevirdən aşkar olunmuşdur.Belə ox ucları ilə yanaşı vitrində hələ də o dövrdə istifadədə olan çaxmaqdaşı və dəvəgözündən  Xaçbulaqda (Daşkəsən) aşkar olunmuş ox ucları da nümayiş edilir. Xocalı-Gədəbəy mədəniyyətinə məxsus Mingəçevirdən tapılmış əsa və toppuz başlıqları, Şəkidən tapılmış tunc yaba hakimiyyət rəmzləri kimi istifadə olunurdu.

 

   
Elanlar