az
en
Bu gün: 29 Aprel 2017
Vitrin 17
Vitrinin solundakı podiumda (№17) xalq arasında «qala», «qalaça» adlandırılan siklop tikilisinin maketi qoyulmuşdur. Azərbaycanın dağ yerlərində, uca zirvələrdə tikilmiş, sayı yüzü ötmüş belə qalaçalardan biri də Şəmkirdə aşkar edilmişdir; hündürlüyü 4 metrə çatan bu qeyri-adi qalaçalar bərkidici maddəsiz tikilir, alt qata Misir ehramlarında olduğu kimi ağırlığı 4-5 tona çatan qaya parçaları düzülürdü. Məhz buna görə xalq arasında bu qalaçaların adi insanlar tərəfindən deyil, divlər, nəhənglər (sikloplar) tərəfindən tikilməsi haqqında rəvayətlər vardır.

 
Elanlar