az
en
Bu gün: 24 İyun 2017
Vitrin 15
Zala girişin sağındakı vitrində (№15) son tunc ilk dəmir dövrü döyüşçüsünün manekeni yerləşdirilmişdir. Onun üstündəki silahların çoxu - qolundakı massiv qolbaq (Xaçmaz), sol əlindəki toppuz (Molla Məhərrəmli-Füzuli), sağ ayağının yanına qoyulmuş təbərzin (Mingəçevir), belindəki kəmər (Qazax) tuncdandır. Bu dövrdə tunctökmə işinin səviyyəsi çox yüksək həddə çatsa da, dəmir hasilatının artması həmin metaldanda istifadəni xeyli genişləndirmişdi. Vitrindəki döyüşçünün dəmir qılıncının (Mingəçevir) dəstəyi balıq başı formasında tuncdan tökülmüşdür. Döyüşçünün belindəki tunc kəmər çox güman, magik təsirli orijinal təsvirlə - canavar və balıq rəsmləri, eləcə də həndəsi naxışlarla bəzədilmişdir. Bədii tuncişləmənin doğrudan da gözəl nümunəsi olan kəmərin böyüdülmüş makrofotosu vitrinin yanındakı divarda asılmışdır. Bəlkə də tayfa başçısına mənsub olan bu kəmərin üstündə təsvir olunmuş canavar həmin tayfanın totemi kimi cəsurluğun, qüdrətin, hakimiyyətin, balıq isə varın, dövlətin, sərvətin rəmzləridir.

 
   
Elanlar