az
en
Bu gün: 12 Dekabr 2017
Vitrin 12
Vitrinin yanındakı podiumda (№12) son tunc ilk dəmir dövrünə aid tayfa evinin maketi qoyulmuşdur. Keçmiş Xanlar (indiki Göygöl) rayonu ərazisində, arxeoloji qazıntılar zamanı açılmış bu dördbucaq evin uzunluğu 17 metrdən artıq, eni isə 7 metrə yaxındır. Bu və buna bənzər Naxçıvanda (Kültəpə), Qazax və Ağdam rayonları ərazisində, Mil və Muğan düzlərində aşkar edilən abidələr artıq tunc dövründə tarixi Azərbaycan ərazisində abad məskənlərə, böyük təsərrüfatlara malik zəngin əkinçilik, maldarlıq və sənətkarlıq ənənələri olan, güclü tayfa başçılarının idarə etdikləri tayfaların və tayfa birliklərinin olduğunu təsdiq edir.

 

Elanlar