az
en
Bu gün: 27 Mart 2017
Vitrin 2
Muzeyin yaşca ən qədim eksponatı - təqribən 25-35 milyon il yaşı olan, Şamaxıda Maykop çöküntüləri geoloji təbəqəsindən tapılan daşlaşmış ağac nümayiş edilir. Həmin vitrində 1938-ci ildə geoloq Ə.S.Məstanzadənin Bakı yaxınlığındakı Binəqədi qır gölündən aşkar etdiyi 263 növ qədim flora və fauna qalıqlarından bir neçəsi - təqr. 180-70 min yaşlı kərgədan və vəhşi at kəllələri, Ağstafa rayonu ərazisindən tapılmış, 2-3 milyon il yaşı olan, lakin bu gün Azərbaycanda nəsli kəsilmiş cənub filinin baldır və diz sümüklərinin daşlaşmış qalıqları da göstərilir. Arxa divardakı makrofoto Binəqədi qır gölünü əks etdirir.


   

 

 

 



Elanlar