az
en
Bu gün: 24 İyun 2017
Vitrin 1
Azərbaycan ərazisində ibtidai insan cəmiyyətinin yarandığı ilk dövrdən başlayaraq daş dövrünün bütün mərhələlərinə həsr olunsa da, ölkəmizin ən qədim flora və faunasını da özündə əks etdirir. Zala giriş qapısının solundakı divarda (№1) tarixi Azərbaycan ərazisinin kosmosdan görünüşü təqdim olunmuşdur. Burada həm müstəqil Azərbaycan Respublikası (Şimali Azərbaycan), həm də İran Azərbaycanı (Cənubi Azərbaycan) və onlara həmsərhəd ərazilər görünür.
Onunla yanaşı divarda “Tarixi dövrlərin rənglərlə təsnifatı” sxemi asılmışdır. Soldakı divarın ara sütunundakı paneldə “Zəncirlənmiş Prometey” makrofotosu yerləşdirilmişdir. Yunan mifologiyasına görə,  Prometey odu -  mədəniyyəti Qafqazda aşkar etmiş və insanlara ötürmüşdür. Baş allah Zevs buna görə Prometeyi cəzalandırmış, onun Skifiyada, dənizin yaxınlığındakı qayaya zəncirlənməsini əmr etmişdir. Tarixin “atası” adlandırılan, e.ə. V əsrdə yaşamış yunan alimi Herodotun məlumatına əsaslanan tarixçi alimlər skiflərin (iskitlərin) e.ə. VII yüzildə “Odlar yurdu” kimi məşhur olan tarixi Azərbaycan ərazisində dövlət yaratdıqlarını təsdiq edirlər.
   

 

 

 



Elanlar