az
en
Bu gün: 21 Sentyabr 2017
Ana səhifə    Silahlar və bayraqlar fondu
Silahlar və bayraqlar fondu

Milli Azərbaycan Tarixi Muzeyinin ilk fondlarından biri Yeni tarix fondu idi. 2009-cu ildə aparılan struktur dəyişikliyindən sonra onun adı dəyişdirilərək Silahlar və bayraqlar fondu adlandırıldı. Fondda 2200-dən artıq eksponat saxlanılır. Silahlar və bayraqlar fondunun əsas hissəsini müdafiə, soyuq və odlu silahların müxtəlif növləri təşkil edir. Orta əsrlər və Yeni dövrə aid dəbilqələr, zirehli əsləhələr, qılınclar, tapanca və tüfənglər, toplar, zənburəklər və s.

Azərbaycanda silah istehsalının ən yüksək səviyyədə olmasına dəlalət edir. Silah nümunələri üzərində yazılar, nəbati, həndəsi ornamentlər, qızıl və gümüşü işləmələr, həmçinin tiyə və lülələrin keyfiyyətli polad növündən hazırlanması o dövrün silah ustalarının yüksək peşəkarlığından xəbər verir.

Fondda həmçinin XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid Qafqaz, Qərbi  Avropa, Rusiya və Şərq silahları da mühafizə olunur.

Bayraqlar kolleksiyasını ayrı-ayrı xanlıqlara, çar ordusunun tərkibində müxtəlif müsəlman alaylarına məxsus bayraqlar təşkil edir. Onlar 1924-cü ildə Tiflisdə yerləşən Qafqaz Hərb Tarixi Muzeyindən təhvil alınmışdır. Bu bayraqlar çox nəfis parçalarından tikilmiş, üzəri gözəl nəbati ornamentlərlə və yazılarla bəzədilmişdir. Fondda həmçinin sovet dövrünə aid, Azərbaycan hərbi diviziyalarına məxsus bayraqlar da mühafizə olunur.

İlk vaxtlarda Yeni tarix fonduna Fikrət Süleymanov, 1965-ci ildən Sara Cahangirova, 2002-ci ildən isə Sevinc Vahabova rəhbərlik etmişdir.   

Elanlar