az
en
Bu gün: 29 İyun 2017
Ana səhifə    Hədiyyələr və Xatirə əşyaları fondu
Hədiyyələr və Xatirə əşyaları fondu

Hədiyyələr və xatirə əşyaları fondu 1955-ci ildə yaradılan Sovet dövrü, 1992-ci ildən isə Ən yeni tarix fondu adlanan fondlar əsasında 2009-cu ildə təşkil olunmuşdur. 1955-ci ildə fond yaranarkən onun eksponatları əsasən Azərbaycan Dövlət Xalq Maarifi Muzeyindən, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasından, V.İ.Lenin adına Muzeyin Bakı filialından, Azərbaycanın xarici ölkələrlə mədəni əlaqələr cəmiyyətindən, Azərbaycan SSR Yazıçılar İttifaqından, və başqa təşkilatlardan Muzeyə verilmiş 210 ədəd materialdan ibarət idi. Hazırda fondda 5300-dən artıq eksponat vardır. Təqribən 1000 eksponat respublikaya və bilavasitə Milli Azərbaycan Tarixi Muzeyinə xarici ölkələrin nümayəndələri tərəfindən verilmiş hədiyyələrdir.

Fondun kolleksiyasına neft sahibkarı, xeyriyyəçi Hacı Zeynal Abdin Tağıyevin, şair və yazıçılardan Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza, alimlərdən Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Ələşrəf Əlizadə, Həsən Abdullayev, Fəraməz Maqsudov, İsmayıl Hüseynovun, bəstəkarlardan Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, bəstəkar-dirijor Niyazinin, aktyorlardan Hüseynqulu Sarabski, Ələsgər Ələkbərov, Mərziyyə Davudova, Əli Qurbanov, Leyla Bədirbəyli, Ağasadıq Gəraybəyli, Hökümə Qurbanova, Murad Yegizarov, Fuad Poladov, Sosialist Əməyi və Sovet İttifaqı Qəhrəmanları Sabit Orucov, Süleyman Vəzirov, İsrafil Məmmədov, Həzi Aslanov, Mehdi Hüseynzadə, Ziya Bünyadov və başqalarına məxsus xatirə əşyaları aiddir.

Hədiyyələr və xatirə əşyaları fondunun müdirləri:

Ağa Rəhimov (IV-XI. 1955)

Əsgər Abdullayev (XI. 1955–IX. 1957)

Tofiq Dadaşov (IV. 1957–XII. 1958)

Rövşanə Haşımova (1958–1961)

Mira Əliyarova (1961–1964)

Zümrüd Quliyeva (1964–1970)

Rəna Səfərova (1970-ci ildən)

Elanlar