az
en
Bu gün: 23 May 2017
Ana səhifə    Xususi fond
Xüsusi fond

1957-ci ildə Azərbaycan Tarixi Muzeyində Qiymətli metallar fondu təşkil olundu. Buraya muzeyin digər fondlarında saxlanılan, sonralar isə arxeoloji qazıntılar, həmçinin təsadüfi tapıntılar nəticəsində və əhalidən satınalma yolu ilə alınan qiymətli metallardan hazırlanan eksponatlar daxil edilmişdi. 2009-cu ildən fond Xüsusi fond adlandırılmışdı.

Hazırda burada 1570 eksponat saxlanılır. Onlardan 556 ədəd gümüş, 300 ədəd qızıl, 714 ədəd numizmatik kolleksiyaya aiddir. Fond materiallarının əsas hissəsini arxeoloji eksponatlar, qadın və kişi zinət əşyaları, tanınmış şəxsiyyətlərə məxsus əşyalar, müxtəlif məişət əşyaları (mücrülər, vazlar, stəkanaltılar və s.) və numizmatik materiallar təşkil edir.

Muzeyin ən qədim və qiymətli eksponatlarından biri olan azıxantropun çənəsinin fraqmenti məhz bu fondda qorunub saxlanılır. Şəki rayonunun Küdürlü kəndində tapılan m.ö. XVIII-XVII əsrlərə aid döymə üsulu ilə hazırlanmış qızıl qadın bəzəkləri fondun ən qədim zinət əşyalarındandır.

 

 

 

Xüsusi fondun müdirləri:

Nina Şahramanova (1955-1956)

Püstəxanım Əzizbəyova (1956-1967)

Mayya Atakişiyeva (1967-1995)

Ətiqə İzmaylova (1995-2005)

Afət Rüstəmbəyova (2009-cu ildən)

Elanlar