az
en
Bu gün: 29 Aprel 2017
Ana səhifə    Neqativ fondu
Neqativ fondu

Azərbaycan Tarixi Muzeyi yarandığı ildə onun nəzdində foto arxiv fəaliyyət göstərməyə başlamışdır. II Dünya müharibəsinə qədər arxivdə təxminən 4000 ədəd fotolent, fotoşəkil və neqativlər mövcüd idi. 1941-1944-cü illərdə fotoarxivə məsul işçi olmadığından dəqiq qeydiyyat aparılmır, fotoşəkillərin və neqativlərin xeyli hissəsi muzey fondlarındakı albomlarda, kitabxanada saxlanılırdı.

Muzeyin Neqativ fondu 1955-ci ildə yarandı. Hal-hazırda fondda 20000-dən artıq neqativ, o cümlədən,  8000-ə yaxın yaxın şüşə neqativ, 5000-dən artıq fotolent, 2000-ə yaxın rəngli slayd, 7 ədəd videokaset, 7 ədəd CD saxlanılır. Bu neqativlərin bir hissəsi muzey tərəfindən satın alınıb, digəri isə muzey əməkdaşları tərəfindən ayrı-ayrı şəxslərdən, idarə və təşkilatlardan toplanılıb.

Fondda görkəmli şəxsiyyətlərin fotoşəkillərinin, sənədlərin, müxtəlif şəhər və kəndlərin görüntülərinin, eləcə də muzeyin fondlarında saxlanılan və ekspozisiyasında nümayiş olunan materialların neqativləri mühafizə edilir.

Neqativ fondunun müdirləri:

Dünya Ağayeva (1955-1959)

Sübhi xanım Ağarəhim qızı (1959-1966)

Zahirə İbrahimova (1966-1969)

Tatyana Nəsirova (1969-1976)

Zahirə Məlik-Aslanova (1976-1982)

Validə İslamova (1982-1984)

Səlminaz Zeynalova (1984-1998)

Donara Hüseynova (1999-2003)

Solmaz Hüseynova (2003-cü ildən)

Elanlar