az
en
Bu gün: 13 Noyabr 2018
Rəsid bəy Əfəndiyev - 150

Rəsid bəy Əfəndiyev Rəşid bəy Ismayıl oglu Əfəndiyev 1863-cü il may ayının 24-də Şəki şəhərində anadan olmuşdur. Hələ XIX əsrin 80-cı illərində Qori müəllimlər seminariyasında oxuyarkən dram ilə maraqlanmış, ilk “Qan ocağı” pyesini yazıb məktəb səhnəsində tamaşaya qoymuşdur. O, M.F.Axundzadədən sonra ilk dram yazanlardan sayılır.

İlk əsərinin müvəffəqiyyətindən ruhlanan müəllif sonralar da ardıcıl olaraq bədii yaradıcılıqla məşğul olmuşdur. On il Qutqaşendə müəllimlik etdiyi, 8 il Tiflis idareyi-ruhaniyyəsində katib müavini vəzifəsində çalışdığı və nəhayət, 16 il Qori seminariyasında müəllim olduğu zamanlarda, heç vaxt yazıçılıqdan uzaqlaşmamış, xüsusilə təlim-tərbiyəyə aid səhnə əsərləri yazmağa səy etmişdir. Rəşid bəy Azərbaycanın məşhur və çalışqan müəllimlərindən olmuş, ömrünü məktəb, tərbiyə işinə, dərs kitablarının, uşaqların marağını oxşayan pyeslərin yaranmasına sərf etmişdir. Onun “Uşaq bağçası” adlı əlifba kitabı və “Bəsirətül-ətfal” adlı qiraət kitabı Azərbaycanda şöhrət qazanmış ilk dərs kitablarındandır. O, varlı ailədən olan qadının maddi köməyindən istifadə etməklə dəfələrlə İstanbula getmiş, dərs kitablarını min zəhmət ilə çap etdirmişdir. Bununla yanaşı səhnə əsərləri yazmış, birinci növbədə məktəb səhnələrində qoyulmasını təşkil etmiş, hətta şəxsən artist kimi iştirak etmişdir. Rəşid bəyin “Qan ocağı”ndan başqa, “Saqqalın kəraməti”, “Qonşu-qonşu olsa, kor qız ərə gedər”, “Pul dəlisi”, “Bir saç telin qiyməti”, “Tiflis səfirləri”, “Diş ağrısı”, “Təbiətdə əhvaliməişət” adlı dramları vardır. Rəşid bəy elmi, maarifi, məktəbi təbliğ edən bir sıra mənzumələr yazmış, rus klassiklərindən (Puşkin, Lermontov, Krılov) dərs kitablarına münasib parçalar seçib tərcümə etmişdir. Eləcə də farscadan Firdovsidən “Rüstəm və Söhrab” əhvalatını, Şillerdən “Cam” adlı mənzuməni tərcümə etmişdir. Rəşid bəy istər şeir tərcümələrində və istərsə müasir mövzularda yazdığı şeirlərində klassik şeir üslubu və yolu ilə getmişdir. Görkəmli maarif xadimi, nasir Rəşidbəy Əfəndiyev 1942-ci il avqust ayının 31-də vəfat etmişdir.

Elanlar